İtlərin hücumuna məruz qalan 80 yaşlı kişi ölüb- 2 nəfər isə ...

00:29 - 28 Fevral 2023 - HADİSƏ

Texasda 80 yaşlı kişi itin hücumu nəticəsində həyatını itirib, daha iki nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “İndependent” xəbər verir.

Faciə fevralın 24-də San Antonioda baş verib.

Məlum olub ki, yerli sakinlərə məxsus iki it yaşlı kişiyə hücum edib. O, aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Hadisə nəticəsində daha iki nəfər də yaralanıb: biri ayağından, digəri isə qolundan dişlənib. Onlar xəstəxanaya aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. 

Ruhəngiz

Xəbər xətti