Texasda 80 yaşlı kişi itin hücumu nəticəsində həyatını itirib, daha iki nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “İndependent” xəbər verir.
Faciə fevralın 24-də San Antonioda baş verib.
Məlum olub ki, yerli sakinlərə məxsus iki it yaşlı kişiyə hücum edib. O, aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
Hadisə nəticəsində daha iki nəfər də yaralanıb: biri ayağından, digəri isə qolundan dişlənib. Onlar xəstəxanaya aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Ruhəngiz