Başqırdıstanda tələbə 16 yaşlı qız və onun sevgilisini qətlə yetirməkdə ittiham olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional mətbuat xidməti məlumat yayıb. İstintaq orqanları 22 yaşlı yerli sakini ikiqat qətldə ittiham edib.
Faciə fevralın 24-də Qırğız-Miyaki kəndində baş verib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs yeni dostu ilə birlikdə gedən keçmiş sevgilisini avtomobildə izləyib. Daha sonra qatil qısqanclıq zəminində onlara bir neçə bıçaq zərbəsi endirib. Nəticədə 16 yaşlı qız və 20 yaşlı gənc dünyasını dəyişib.
Bundan sonra təqsirləndirilən şəxs atasının avtomobili ilə hadisə yerindən qaçaraq Ufa istiqamətində hərəkət edib. Lakin yolda qarşıdan gələn zolağa çıxıb və digər avtomobillə toqquşub. Avtomobili idarə edən sürücü dünyasını dəyişib. Onun sərnişini və təqsirləndirilən şəxsin özü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məhkəmə gənc barəsində qiyabi həbs qətimkan tədbiri seçib. O, sağalana qədər xəstəxanada saxlanılacaq.