"Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXIV tur matçında insident baş verib.
Ucnoqta.az xəbər verir ki, matçın ikinci hissəsində Ağdam təmsilçisinin bərabərlik qolundan sonra oyunçular arasında mübahisə yaranıb. Belə ki, ağ-qaraların qapıçısı İvan Brkiç topu rəqibə vermək istəməyib.
Bundan sonra "Neftçi" azarkeşləri "Qarabağ" qapısı istiqamətində meydana məşəl atıblar. Bu hadisədən sonra "Neftçi" azarkeşləri meydandan uzaqlaşdırılıb.
Qeyd edək ki, "ağ-qaraların" oyunçusu Ataa Caber də ciddi xəsarət alaraq meydanı xərəkdə tərk edib.