Şəkidə 61 yaşlı qadın dəm qazından boğularaq ölüb

19:34 - 27 Fevral 2023 - HADİSƏ

Şəkidə 61 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Şəki şəhərində baş verib.

Şəhər sakini 1962-ci il təvəllüdlü Xatın Nəsrulla qız İsaqovanın meyiti yaşadığı evin vanna otağında ailə üzvləri tərəfindən aşkarlanıb.

Xatın İsaqovanın dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti