Dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Sərdar Babayev həm də Maide.az saytının rəhbəridir.
O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında həbs olunub.
Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
O, 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmağa görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.