Hacıqabulda maşın aşıb, ölən və xəsarət alanlar var

18:30 - 27 Fevral 2023 - HADİSƏ

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb. "Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti