İntihara cəhd edən jurnalistin səhhəti ilə bağlı - TƏBİB-dən açıqlama

16:07 - 27 Fevral 2023 - Cəmiyyət

TƏBİB jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı məlumat yayıb.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Aygün Əliyeva bu gün saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb.

Xəbər xətti