Bakıda qadın 3 uşağı ilə birlikdə itkin düşüb

09:19 - 27 Fevral 2023 - HADİSƏ

Bakıda gənc qadın 3 uşağı ilə birlikdə itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə polisə paytaxtın Xətai rayonunda yaşayan 1992-ci il təvəllüdlü Emin Ağayev məlumat verib.

O, polisə ərizə ilə müraciət edərək bildirib ki, fevralın 25-də arvadı 1997-ci il təvəllüdlü İlhamə Ağayeva 5-6-7 yaşında qızlarını götürərək birgə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti