Qırğızıstan ərazisində 5,9 bal gücündə zəlzələ baş verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental metodoloji ekspedisiyası məlumat yayıb.
Zəlzələ Almatıdan 279 km cənub-şərqdə qeydə alınıb. Mənbə 15 km dərinlikdə yerləşirdi.
İki saat sonra Alma-Atadan 278 km cənub-şərqdə Qırğızıstan və Çin sərhədində 5,6 bal gücündə növbəti zəlzələ qeydə alınıb.