Ucnoqta.az
www.ucnoqta.az

Qırğızıstanda 5,9 bal gücündə zəlzələ baş verib

07:11 - 27 Fevral 2023 tarixində dərc olunub.

Qırğızıstan ərazisində 5,9 bal gücündə zəlzələ baş verib

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental metodoloji ekspedisiyası məlumat yayıb.

Zəlzələ Almatıdan 279 km cənub-şərqdə qeydə alınıb. Mənbə 15 km dərinlikdə yerləşirdi. 

İki saat sonra Alma-Atadan 278 km cənub-şərqdə Qırğızıstan və Çin sərhədində 5,6 bal gücündə növbəti zəlzələ qeydə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası