Misirdə hərbi təyyarə qəzaya uğrayıb

20:31 - 26 Fevral 2023 - HADİSƏ

Misirdə hərbi təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Misir silahlı qüvvələrinin nümayəndəsi polkovnik Qərib Abdel-Hafizin sözlərinə istinadən “Egypt Independent” məlumat yayıb.

Polkovnikin sözlərinə görə, təyyarə təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Bildirilir ki, pilot sağ qalıb.

Misir ordusunun nümayəndəsi bunun təlim təyyarəsi olduğunu qeyd edib.

Xəbər xətti