Balakəndə əməliyyat: 6 qanunsuz tüfəng aşkarlandı

17:57 - 26 Fevral 2023 - HADİSƏ

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Həmin silahlar ekspertizaya göndərilib və sahibləri barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəbər xətti