Füzulidə minik avtomobili yanıb

15:28 - 26 Fevral 2023 - HADİSƏ

Füzuli rayonunun Böyük Bəhmənli kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bildirilib ki, ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti