Bu gün xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımından 31 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçiriblər.
Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Soyqırım zamanı şəhərin 5379 nəfər əhalisi itgin və didərgin düşüb, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirib.
Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib.
Hər il fevralın 26-da saat Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.