Honq-Konqda məşhur modelin keçmiş əri pul mübahisəsinə görə onu qohumları ilə birlikdə amansızlıqla öldürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNA məlumat yayıb.
28 yaşlı Abby Coinin qalıqları bağ evində tapılıb. Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları elektrik mişarı və ətçəkən maşın aşkar ediblər.
Cinayət yerində iki qabın içərisində insan meyitinə aid ola ət parçaları tapılıb.
Lakin qadının başı hələ də tapılmayıb.