Qəbələdə ana və azyaşlı qızı dərmandan zəhərlənib

19:23 - 24 Fevral 2023 - HADİSƏ

Qəbələdə ana və övladı dərmandan zəhərlənib.

APA xəbər verir ki, Qəbələ rayon Zarağan qəsəbə sakinləri - 1989-cu il təvəllüdlü Rzayeva Səfagül Ağaxan qızı və 2016-cı il təvəllüdlü qızı Rzazadə Nuray Sakit qızı dərmandan zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

İlkin məlumata görə, onlar həşərata qarşı dərmandan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti