Bu gün Nyonda (İsveçrə) Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Ucnoqta.az xəbər verir ki, püşkatma nəticəsində bir-biri ilə iki görüş keçirəcək səkkiz cütlük formalaşıb. Turnirin 1/8 final mərhələsinin cütlükləri aşağıdakı kimidir:
"Union Berlin" - "Union"
"Sevilya" - "Fənərbaxça"
"Yuventus" - "Frayburq"
"Bayer" - "Ferençvaros"
"Sporting" - "Arsenal"
"Mançester Yunayted" - "Real Betis"
"Roma" - "Real Sosyedad"
"Şaxtyor" - "Feyenoord".
İlk oyunlar martın 9-da, cavab görüşləri isə martın 16-da keçiriləcək.