Bakıda qadını zorla qaçırmaq istəyən şəxslər saxlanılıblar.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda araşdırmalar davam etdirilir.
15:41
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə qadının zorla avtomobilə mindirilərək qaçırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-ya bildirib ki, görüntülər araşdırılıb:
"Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün onu rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir".
Qeyd edək ki, sosial şəbəkələrdə qadının zorla avtomobilə mindirilərək qaçırılması ilə bağlı yayılan görüntülər yayılıb.