"PSG"in müdafiəçisi Serxio Ramosun İspaniya millisindəki karyerası bitib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat verib.
"İspaniya millisi ilə vidalaşmağın vaxtı gəldi. Bu səhər mənə indiki baş məşqçi zəng vurdu və o, göstərə biləcəyim səviyyədən asılı olmayaraq mənə güvənə bilməyəcəyini söylədi. Çox təəssüf edirəm ki, bu, daha uzun sürəcəyini ümid etdiyim səyahətin sonu çatdı."
Qeyd edək ki, Ramos İspaniya millisinin oyun sayına görə rekordçusudur, millinin tərkibində 180 dəfə meydana daxil olub.
İkinci yerdə qərarlaşan "Real Madrid"in və "Portu"nun keçmiş qapıçısı İker Kasilyas 167 oyun keçirib.
Emin