Sumqayıtda avtobus qəzaya düşdü,  sürücü öldü

12:33 - 23 Fevral 2023 - HADİSƏ

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Şirkətlərdən birinə məxsus sərnişin avtobusu hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaclığa girib.

Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti