Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müxtəlif vaxtlarda şəhər ərazisində “Daf”, “MAN”, “KamAZ” markalı 4 yük avtomobilindən 6 ədəd akkumulyatorun oğurlanması barədə məlumatlar daxil olub.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Elşən Xankişiyev və Rövşən Familli müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.