Akkumulyator oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb 

11:21 - 23 Fevral 2023 - HADİSƏ

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müxtəlif vaxtlarda şəhər ərazisində “Daf”, “MAN”, “KamAZ” markalı 4 yük avtomobilindən 6 ədəd akkumulyatorun oğurlanması barədə məlumatlar daxil olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Elşən Xankişiyev və Rövşən Familli müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti