Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, Avropa Liqası pley-off mərhələsinin 1/16 finalında "Mançester Yunayted" "Barselona" ilə qarşılaşacaq. Matça saat 00:00-da start veriləcək. Belə ki, bu komandalar arasında keçirilən ilk oyunda bərabərlik qeydə alınıb (2:2).
Keçiriləcək cavab görüşlərini təqdim edirik:
"Nant" - "Yuventus" - 21:45 , (ilk oyun - 1:1)
"Monako" - "Bayer" - 21:45 (ilk oyun - 3:2)
"PSV" - "Sevilla" - 21:45 (ilk oyun - 0:3)
"Midtyulland" - "Sporting" - 21:45 (ilk oyun - 1:1)
"Mançester Yunayted" - "Barselona" - 00:00 (ilk oyun - 2:2)
"Union Berlin" - "Ajax" - 00:00 (ilk oyun - 0:0)
"Roma" - "Salzburq" - 00:00 (ilk oyun - 0:1)
"Renn" - "Şaxtyor" - 00:00 (ilk oyun - 1:2)
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 24-də keçiriləcək.
Emin