"PSJ"in braziliyalı hücumçusu Neymarla klubun idman müşaviri Luis Kampos arasında baş verən davanın təfərrüatları məlum olub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, münaqişə parislilərin Fransa çempionatında Monakodan 1:3 hesabı ilə məğlub olmasından sonra baş verib.
Məğlubiyyətdən sonra Neymar soyunub-geyinmə otağında Kampusa deyib: "Mənimlə danışmaq sənə yaraşmaz, sən mənim məşqçim deyilsən".
Çempionlar Liqasında "Bavariya"dan məğlubiyyətdən sonra braziliyalının davranışı məsləhətçinin xoşuna gəlməyib. Oyundan sonra futbolçu poker turnirində iştirak edib və "McDonald's"da görünüb.
Xatırladaq ki, daha əvvəl Kamposun Neymardan qurtulmaq niyyətində olduğu barədə məlumatlar yayılmışdı. Qış transfer pəncərəsində onun keçidi ilə bağlı razılaşmanı tamamlaya bilmədi. Nəşrin məlumatına görə, klub hələ də Messi-Mbappe-Neymar üçlüyündən bir nəfəri çıxarmağı niyyətindədir.