Qazaxıstanın şərqində 4,1 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Yeraltı təkanların episentri Alma-Atadan 424 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.