Ucnoqta.az
www.ucnoqta.az

Qazaxıstanda 4,1 bal gücündə zəlzələ baş verib

06:54 - 23 Fevral 2023 tarixində dərc olunub.

Qazaxıstanın şərqində 4,1 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Yeraltı təkanların episentri Alma-Atadan 424 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası