"Barselona"nın baş məşqçisi Xavi Lionel Messinin katalon klubuna mümkün qayıtmasından danışıb.
Ucnoqta.az xəbər veri ki, onun sözlərini "Twitter"də jurnalist Albert Rog yayıb.
"Messi? Artıq dedim ki, bura onun evidir, bütün qapılar burada onun üçün açıqdır, o mənim dostumdur, həmişə əlaqə saxlayırıq. Bu onun qərarıdır, hər şey gələcəkdə nə etmək istədiyindən asılı olacaq. "Barselona" onun evidir, buna şübhə yoxdur. Tarixin ən yaxşı futbolçusu heç vaxt mane olmaz" - Xavi deyib.