PSJ-in argentinalı hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi "Barselona"nın prezidenti Joan Laporta ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Tot Kosta Twitter"də məlumat yayıb.
Məlumata görə, tərəflər argentinalının Kataloniya klubuna qayıtmasını müzakirə ediblər.
Bundan əlavə, "Barselona"nın Messiyə necə hörmət etməli olduğu mövzusu müzakirə olunub.