"Bütün ölkə məni aparıcı kimi tanıyır..." - Aparıcı MEDİA-nı tənqid etdi

18:02 - 22 Fevral 2023 - MEDİA

"Bir müddət əvvəl MEDİA Reyestrində jurnalist kimi qeydiyyata düşmək üçün müraciət etmişdim" .

Ucnoqta.az xıbər verir ki, bu barədə İctimai TV-nin aparıcısı Nigar Sabirqızı sosial şəbəkə hesabında yazıb. Aparıcı bildirir ki, ona imtina cavabı verilib: "9 gün sonra cavab gəldi ki, ali təhsil və əmək fəaliyyəti haqqında məlumatlarınız sistem üzərindən tam inteqrasiya olunmadığından diplomunuzun və əmək kitabçanızın notarial qaydada təsdiqlənmiş surətlərini Agentliyə təqdim etməlisiniz. Daha sonra da zəng etdilər ki, siz İctimai TV-də departament rəhbərinin müavini olduğunuzdan jurnalist kimi qeydiyyata düşə bilməzsiniz."

"Birincisi, əgər mənim diplom və əmək kitabçam sistemə inteqrasiya olunmayıbsa, bu mənim günahımdır? Zəhmət çəkin, özünüz salın və ya müvafiq yerlərə müraciət edin! İkincisi, bəli, mən İctimai TV-də departament rəhbərinin müaviniyəm. Amma həm də aparıcıyam. Bütün ölkə məni aparıcı kimi tanıyır, MEDİA isə yox. Deməli, mən 15 ildir boş yerə aparıcılıq etmişəm" - aparıcı qeyd edib.

Nigar Sabirqızı vurğulayır ki, müraciət etdiyim gün MEDİA-ya bank hesabımdan 20 manat ödəmişəm: "Müraciətimə rədd cavabı gəlsə də, 20 manatımı qaytarmayıblar. Bunun üçün əlavə bank hesabı açmalıyammış. Və bu durumla üzləşən yalnız mən deyiləm. Bir sözlə, MEDİA deyil, koMEDİA-dır. Bürokratiya ilə mübarizə aparmalı olan MEDİA-nın özü bürokratiya yaradır. Siz mediadan nə gözləyirsiz?" 


Xəbər xətti