Bakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq.
Ucnoqta.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir.
Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, 24-də gün ərzində fasilələrlə sulu qar, axşam tədricən kəsiləcəyi gözlənilir.
Azərbaycanın rayonlarında - fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Fevralın 22-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.