Abşeronda evdən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

10:57 - 22 Fevral 2023 - HADİSƏ

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidfmətindən verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, 2022-ci il sentyabr-oktyabr ayları ərzində həmin evdən 3.000 manat, 24.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Nurlan Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti