Culfa RPŞ-nin DYP qrupunun əməkdaşları Culfa şəhər Heydər Əliyev prospektində "72 BR 842" dövlət nömrə nişanlı avtomobili ciddi qayda pozuntusu törətdiyinə görə saxlayıblar.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, sürücü Ceyhun Əliyevin içkili olduğu məlum olub.
Polisin qanuni tələbinə tabe olmaq istəməyən sürücü hərəkətə davam etmək istəyərkən saxlanılaraq Culfa Rayon Polis Şöbəsinə aparılıb və onun barəsində toplanmış materiallar Culfa Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C.Əliyev 12 gün müddətinə inzibati qaydada həbs edilib.