UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Liverpul" və "Real Madrid" üz-üzə gəlib.
Ucnoqta.az xəbər verir ki, matçın 14-cü dəqiqəsində komandasının ikinci qolunu vuran Məhəmməd Salah klub tarixinə düşüb. O, 42 qolla "Liverpul"un avrokuboklarda bombardiri olub.
Salah vurduğu qolla Stiven Jerardı (41 qol) ötüb.