"Barselona"nın hücumçusu Ferran Torres 2022-ci ilin yanvarında İspaniya komandasına keçidindən danışıb.
Ucnoqta.az xəbər verir ki, Torres bu barədə Mundo Deportivoya deyib:
“Barselonaya geçid? Klubun transfer üçün pul ödəməsi mənim günahım deyil, onlar məni almaq istəyirdilər. Getmək istədim, çünki bura Barselonadır, imtina edə bilməzsən. Xavi bir neçə dəfə mənə zəng etdi. Mən Barselonada uğur qazanmaq istəyirəm, özümü uzun illərdir burada görürəm” - o, deyib.
Qeyd edək ki, 22 yaşlı Ferran Torres bu mövsüm 28 oyunda 5 qol vurub və məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2027-ci ildə başa çatır.