İngiltərə Premyer Liqa komandalarından biri olan "Lids Yunayted" Javi Qrasiyanı baş məşqçi təyin edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə komandasının açıqlamasında 52 yaşlı ispan çalışdırıcı ilə "çevik" müqavilə imzalandığı qeyd edilib.
19 xalla liqada 19-cu yerdə olan "Lids Yunayted" fevralın 6-da baş məşqçi Cessi Marşı istefaya göndərib.
Karyerasında əvvəllər “Uotford”u çalışdıran Qrasiya paytaxt təmsilçisini 2019-cu ildə İngiltərə Kubokunun finalına çıxarıb.