Ermənistanda hərbçinin ölümü faktı ilə bağlı müqaviləli hərbçi saxlanılıb
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, fevralın 19-da hərbçinin ölümü faktı ilə bağlı Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində başlanmış cinayət işi çərçivəsində ibtidai istintaq çərçivəsində postda məsul olan müqaviləli hərbçi şübhəli bilinərək saxlanılıb.
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2004-cü il təvəllüdlü O.P. fevralın 19 döyüş postunun ərazisində baş nahiyəsindən aldığı güllə yarsından ölüb.
İlkin məlumatlara görə, O.P. ona tapşırılmış silahdan açılan tək atəş nəticəsində aldığı yaradan dünyasını dəyişib.