Azərbaycanın Qarabağ bölgəsində Ağdərə rayonu ərazisində atəşkəs pozulub
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya sülhməramlı qüvvələri tərəfindən Ağdərə rayonu ərazisində atəşin pozulması faktı aşkarlanıb. Bildirilir ki, Azərbaycan və erməni tərəfinin iştirakı ilə fakt araşdırılır.
Qeyd edək ki, növbəti dəfə Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda Azərbaycan yaşayış məntəqələrinin adlarını səhv göstərib. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə xəbərdarlığına baxmayaraq Azərbaycan toponimlərini erməni adları ilə qeyd ediblər.