İrandan gətirilən 20 tona yaxın portağalda virus aşkarlandı - FOTO

16:18 - 21 Fevral 2023 - ÖLKƏ İÇİ

“Best Supply Company” MMC-nin İrandan idxal etdiyi 19 400 kq portağal məhsuluna Agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm - Sitrus tristeza virusu aşkarlanıb.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib. Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib.

Xəbər xətti