Sürücüyə qarşı quldurluq edən iki nəfər saxlanılıb

10:31 - 21 Fevral 2023 - HADİSƏ

Fevralın 20-də saat 22 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində şəhər sakini M.Hümbətovun idarə etdiyi “Khazar” markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücünü bıçaqla hədələyərək 215 manatını, mobil telefonunu və avtomobilini quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki,  Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakinləri Ayşət Tağıyev və əvvəllər məhkum olunmuş Ramin Şalbuzov müəyyən olunaraq saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti