UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin həyəcanı davam edir.
Ucnoqta.az xəbər verir ki, bu gün keçiriləcək matçlarda İngiltərə Premyer Liqa təmsilçisi "Liverpul" İspaniya La Liqa təmsilçisi "Real Madrid"i qəbul edəcək.
Digər matçda Bundesliqa təmsilçisi “Ayntraxt Frankfurt” İtaliya A Seriyasının təmsilçisi “Napoli”ni qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"Liverpul" A qrupunda 5 qələbə və 1 məğlubiyyətlə 15 xal toplayıb və "Napoli"dən sonra qrupda 2-ci olub. "Real Madrid" isə F qrupunda 4 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə 13 xal toplayıb və qrupunun lideri kimi çıxıb.
İki komanda arasında keçirilən son 6 Çempionlar Liqası matçında məğlubiyyət görməyən "Real Madrid", şübhəsiz ki, səfərdən yaxşı nəticə əldə etmək istəyəcək. Matç öncəsi hər iki komandanın çatışmazlıqlarına nəzər salsaq, “Liverpul”dan Artur Melo, Luis Diaz, İbrahima Konate və Tiaqo Alkantara zədə səbəbindən bu matçda oynaya bilməyib. “Real Madrid”dən Ferland Mendi, Toni Kross və Kərim Benzema iştirak etməyəcək.
Bu gün keçiriləcək digər matşda “Ayntraxt Frankfurt” Almaniyanın “Deutsche Bank Park” stadionunda “Napoli”ni qəbul edəcək. Saat 00:00-da başlayacaq görüşü Portuqaliya Futbol Federasiyasından Artur Dias idarə edəcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral
00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, "Enfild" stadionu
00:00. "Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya)
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, "Frankfurt" stadionu.