Minalardan təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər HƏBS OLUNUB

15:05 - 20 Fevral 2023 - ÖLKƏ İÇİ

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundanUcnoqta.az-a verilən məlumata görə, hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Xəbər xətti