ABŞ prezidenti Co Baydenin administrasiyası Türkiyəyə F-16 qırıcı təyyarələrinin satışını və Türkiyə Hərbi Hava Qüvvələrinin belə təyyarələrin modernləşdirilməsi proqramını dəstəkləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.
"Bayden administrasiyası modernləşdirmə proqramını və yeni F-16 qırıcılarının tədarükünü qətiyyətlə dəstəkləyir. Çünki NATO-da tərəfdaş və müttəfiq kimi Türkiyənin təhlükəsizliyi bizim milli maraqlarımıza və alyansın təhlükəsizliyinin maraqlarına uyğundur".
Diplomat əlavə edib ki, Türkiyə ilə ABŞ arasında təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində "uzunmüddətli əlaqələr" var.