Belçikanın “Gent” komandası Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunundan əvvəl zədəlilərin çoxluğundan əziyyət çəkir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında deyib.
O, Belçika çempionatında “Leuven”i 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra zədəlilərin çoxluğundan şikayət edib:
““Qarabağ”la oyundan öncə çoxlu zədəlilərimiz və formada olmayan oyunçularımız var. Komandamınvəziyyətini bilirəm. Ancaq bu problemlərə görə təslim olmayacağıq. Həm çempionatda, həm də Konfrans Liqasında mübarizəmizi davam etdirmək istəyirik”.
Fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək. Bakıdakı ilk matçda Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.