Bakıda iki ailənin yaşadığı ev yanıb

09:51 - 19 Fevral 2023 - HADİSƏ

Bakıda iki ailənin yaşadığı evdə yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Suraxanı rayonunda ümumi sahəsi 320 m² olan evlərdən sahəsi 120 m² olan (hər mərtəbəsi 60 m²) ikimərtəbəli evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 25 m² sahədə, 2-ci mərtəbəsində bir otağın, dəhlizin yanar konstruksiyaları 35 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Yüksək temperaturdan evin 2-ci mərtəbəsində 1 otağın lambirdən ibarət tavanı 16 m² sahədə əriyib və 1-ci mərtəbəsində mətbəx əşyaları qarsalanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti