Fevralın 19- da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974- cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.