Biləsuvarda ağır qəza: Ölən və yaralananlar var

09:01 - 19 Fevral 2023 - HADİSƏ

Fevralın 18-də saat 19:00 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində bir nəfərin ölməsi və yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, baş verən qəzada iki minik avtomobili toqquşub. Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü, 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, iki sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və dörd sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti