Daha 18 nəfər koronaya yoluxub
16:35 - 18 Fevral 2023 - ÖLKƏ İÇİ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.