Azərbaycanın 17 fevralədək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb

11:36 - 18 Fevral 2023 - ÖLKƏ İÇİ

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 17 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. 
Qeyd olunub ki, fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və məhsullar, 302 034 isti geyim, 12 505 ədəd qızdırıcı və texniki avadanlıq, 693 756 ədəd dərman və tibb ləvazimatlar göndərilib.

Humanitar yardım Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb.

"Fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb", - məlumatda vurğulanır.

Xəbər xətti