FİFA zəlzələdən zərər çəkənlərə yardım üçün 1 milyon dollar ayıracaq.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq futbol qurumu Türkiyə və Suriyada zəlzələ nəticəsində zərər çəkənlərə humanitar yardım məqsədilə 1 milyon dollar ayırır. Vəsait ilkin tələbat mallarının alınmasına və zərərçəkənlərin müvəqqəti sığınacağına sərf olunacaq.